ABŞ Ukraynaya PUA satışını dayandırdı - SƏBƏB

ABŞ Ukraynaya PUA satışını dayandırdı - SƏBƏB

Hazırda oxunan: ABŞ Ukraynaya PUA satışını dayandırdı - SƏBƏB

79816

ABŞ PUA texnologiyalarının rusların əlinə keçəcəyindən ehtiyat edərək, 4 ədəd “MQ-1C Grey Eagles”ın Ukraynaya təhvil verilməsini dayandırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, satışın dayandırılması prosesi texnologiyanı düşmən əlinə keçməkdən qorumaqla vəzifələndirilən Pentaqonun Müdafiə Texnologiyaları Təhlükəsizliyi İdarəsi tərəfindən detallı araşdırma zamanı başladılıb. 
Qeyd edilib ki, pilotsuz təyyarələrin ixracına etirazlar, radar və müşahidə avadanlıqlarının Rusiyanın əlinə keçəcəyi təqdirdə ABŞ üçün təhlükəsizlik riski yarada biləcəyi ilə bağlı yaranıb. 

Xatırladaq ki, Rusiyaya qarşı döyüş meydanında istifadə üçün Hellfire raketləri ilə silahlana bilən dörd “MQ-1C Grey Eagle” pilotsuz təyyarəsinin Ukraynaya satılması planı ilk dəfə iyunun əvvəlində açıqlanmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO