“Azovstal”da ölən daha 64 döyüşçünün meyiti Ukraynaya qaytarılıb

“Azovstal”da ölən daha 64 döyüşçünün meyiti Ukraynaya qaytarılıb

Hazırda oxunan: “Azovstal”da ölən daha 64 döyüşçünün meyiti Ukraynaya qaytarılıb

79248

Zaporojye vilayətində Rusiya ilə Ukrayna arasında ölən hərbçilərin cəsədlərinin növbəti dəyişdirilməsi baş tutub.

“Azovstal”da həlak olan hərbçilərin daha 64-nün cəsədi qaytarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi Facebook səhifəsində məlumat yayıb.

Müvafiq razılıq xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenkonun iştirakı ilə aparılan danışıqlar nəticəsində əldə olunub.

Əməliyyat Reinteqrasiya Nazirliyi, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Ukraynanın digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib.
Ölən Ukrayna əsgərlərinin cəsədlərinin qaytarılması prosesi davam edir. Bu, Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.

Qeyd edək ki, bundan öncə, iyunun 9-da “Azovstal”ın daha həlak olan 58 hərbçinin cəsədi Ukraynaya gətirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO