Kremlin ETİRAFI: “Rusiyada vəziyyət çox çətindir”

Kremlin ETİRAFI: “Rusiyada vəziyyət çox çətindir”

Hazırda oxunan: Kremlin ETİRAFI: “Rusiyada vəziyyət çox çətindir”

79207

“Hazırda Rusiya iqtisadi müharibə (Qərb və ABŞ-ın sanksiyaları nəzərdə tutulur) səbəbindən çətin vəziyyətdədir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində deyib. 

“Səbəbsiz elan edilən iqtisadi müharibə baxımından vəziyyətin çətin olduğunu deyə bilərik. Bu vəziyyət bizi və dost ölkələrimizi yeni qarşılıqlı fəaliyyət yolları, maliyyə hesablaşmaları üçün yeni mexanizmlər axtarmağa sövq edir”, - Peskov vurğulayıb.

Onun fikrincə, indi “ehtiyat valyutaların rolu qaçılmaz olaraq zəifləyir”, üstəlik, dövlətlər “hüquq və maliyyə sistemlərinə inamı itirirlər”. 

Peskov qeyd edib ki, “ağıllı investorlar” müəyyən bir ölkəyə və ya obyektə yatırılan pulları itirmək təhlükəsinin olduğunu başa düşərək “hər şeydən sonra yumurtalarını müxtəlif səbətlərə qoymağa” başlayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO