Bu ölkə prezidenti 10 il azadlıqdan məhrum EDİLDİ

Bu ölkə prezidenti 10 il azadlıqdan məhrum EDİLDİ

Hazırda oxunan: Bu ölkə prezidenti 10 il azadlıqdan məhrum EDİLDİ

78726

Boliviyanın keçmiş Prezidenti Janin Anyes 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Bizim.Media “Reuters” agentliyinə istinadən xəbər verir ki, Boliviya məhkəməsi Anyesi dövlət çevrilişinin təşkilində təqsirli bilib.  

Məhkəmənin qərarında qeyd olunur ki, həmçinin 54 yaşlı Anyes konstitusiyaya zidd qərarlar qəbul etməkdə vəzifə öhdəliklərini yerinə yetirməməkdə təqsirli bilinib. 

Qeyd edək ki, 2005-ci ildən Boliviyaya rəhbərlik edən Evo Morales 2019-cu ildə istefa verib. Onun vəzifəsindən getməsinə səbəb isə ölkədə müzakirələr doğuran Prezident seçkilərindən sonra kütləvi etirazlar olub.
Bunun ardınca isə prezident postuna Janin Anyes gəlsə də, 2 ildən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO