İranda qatar qəzasında ölənlərin sayı 21-ə çatdı - YENİLƏNİB

İranda qatar qəzasında ölənlərin sayı 21-ə çatdı - YENİLƏNİB

Hazırda oxunan: İranda qatar qəzasında ölənlərin sayı 21-ə çatdı - YENİLƏNİB

78195

İranın şimal-şərqində yerləşən Tabas şəhərindən, təxminən, 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

*** 11.19

İranda baş verən qatar qəzası nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Bizim.Media "New York Times"a istinadən xəbər verir ki, yaralananların sayı isə 50 nəfəri ötüb. 

*** 08.52

Bu gün səhər saatlarında İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətində Təbəs-Yəzd sərnişin qatarının relsdən çıxması nəticəsində indiyədək 10 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bunu İranın Cənubi Xorasan vilayəti Təbəs rayonu qubernatoru Əli Əkbər Rəhimi deyib.

Onun sözlərinə sözlərinə görə, hadisədə indiyədək 12 nəfər yaralanıb. Yaralıların sayının artacağı ehtimal olunur.

Ə.Rəhimi əlavə edib ki, hadisə nəticəsində 4 vaqon relsdən çıxıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO