Xorvatiya prezidenti Zoran Milanoviç İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı Türkiyənin mövqeyini şərh edib.
Bizim.Media xəbər verir ki, ölkə başçısı Ankaranın İsveçin NATO-ya üzvlüklə bağlı tələblərini əsaslandırdığını vurğulayıb.
"Deməli, Türkiyənin mütləq öz səbəbləri var və NATO alyansı deyir ki, bütün üzv dövlətlərin maraqları nəzərə alınmalıdır.
Türkiyə, şübhəsiz ki, öz tələblərindən əl çəkməyəcək. Bu vəziyyət İsveçin üzvlüyü prosesini çətin vəziyyətə sala bilər. Stokholm rəhbərliyinin qoyulan tələbləri yerinə yetirə biləcəyindən əmin deyiləm. İsveç Türkiyənin istəklərini yerinə yetirsə, artıq köhnə İsveç olmayacaq. NATO-ya qoşulsa, yenə də əvvəlki kimi bir ölkə olmayacaq”, - deyə Milanoviç qeyd edib.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:19 / 21.05.2022
Milanoviçdən Türkiyənin mövqeyi ilə bağlı AÇIQLAMA – “İsveç NATO-ya üzv olsa...”
Hazırda oxunan: Milanoviçdən Türkiyənin mövqeyi ilə bağlı AÇIQLAMA – “İsveç NATO-ya üzv olsa...”
Hazırda oxunan: Milanoviçdən Türkiyənin mövqeyi ilə bağlı AÇIQLAMA – “İsveç NATO-ya üzv olsa...”
75509
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.