SOCAR Ukraynada məktəb təmir edəcək - FOTO

Hazırda oxunan: SOCAR Ukraynada məktəb təmir edəcək - FOTO

75415

"SOCAR Energy Ukraine" şirkəti Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına 12 saylı məktəbin təmirini öz üzərinə götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə İrpen şəhərinin meri Aleksandır Markuşin "Facebook" hesabında bildirib.

"Bu barədə "SOCAR Energy Ukraine" şirkətinin Baş direktoru Elçin Məmmədovla bu gün keçirilən görüşdə razılıq əldə olunub", - deyə mer bildirib.

İrpen meri əlavə edib ki, şəhərdə görkəmli oftalmoloq Zərifə Əliyevanın adını daşıyan park da abadlaşdırılacaq.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO