Dünyanın ən təhlükəli yolları - FOTO

Hazırda oxunan: Dünyanın ən təhlükəli yolları - FOTO

7485

Cənub Yunqas yolu Boliviyada yerləşir. 1995-ci ildə dünyanın ən təhlükəli yolu elan dilib. Genişliyi 3 metr olan yolda hər il ən azı 300 insan ölür. Buna görə də bu yola həmçinin ölüm yolu da deyilir. Yolu uzunluğu 64 km-dir. 



Vitim çayı körpüsü dünyanın ən təhülkəli yollarından biridir. Taxta körpü Sibiriyada yerləşir. Körpünün eni 6 metrdir. Həmçinin körpüsün aşağı konstruskiyasıda yaxşı vəziyyətdə deyil.

Körpü 1980 – cı ildə tikilib.



Skippers kanyon körpüsü təhlükəli yollardan hesab edilir. Körpü Yeni Zellandiyada yerləşir. Küləkli iqlimi səbəbi ilə körpünü keçmək bir az daha çətinləşir. Körpünün inşası 1866-cı ildə başlanmışdır. 



Misirdə olan Hurqada – Luksor or yolu da heç də etibarlı yol deyil.  Misirin cənubundakı antik Luksor şəhəri ilə Qırmızı dənizdəki Hurqada turist mərkəzini birləşdirən yol ölüm tələsidir. Yolun uzunluğu 303 km – dir. Yolu təhlükəli edən isə həmin yolda pusquyuya duran oğurular və quldurlardır. Gecə həmin yolda səyahətə çıxmaq isə gündüzdən daha qorxuludur. 



Dünyanın ən təhlükəli yollarından ikincisi hesab edilən Şiyari İştiyari yolu Hindistanda yerləşir. Adrenalin həvəskarları bu yolda velosiped və ya motosiklet sürməyi çox sevirlər. 



1989–cu ildə qurulan Atlantik yolu Norveçdə yerləşir. Uzunluğu 8.72 kilometrdir. Yol səkkiz körpüdən və bir neçə adadan ibarətdir və iki tərəfi bir - birinə birləşdirir. Yolda gedərkən okeanın ortasından gedirmiş kimi hiss verir.

2005-ci ildə Atlantik yolu Norveçdə “100 ilin ən möhtəşəm inşaatı” adına layiq görülmüşdür.



Türkiyədə yerləşən Bayburt – Of yolu da dünyada təhlükəli yollardan hesab edilir. Bu yol 1916 cı ildə Ruslar tərəfindən əsir götürülmüş türk əsgərlər tərəfindən inşaa edilib. Yolun rəsmi adı D – 915-dir. Yolun uzunluğu 179 km-dir. 

Aliyə İlyas, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO