Ərdoğandan yeni Konstitusiya ilə bağlı AÇIQLAMA: “Biz mütləq ölkəmizi...”

Ərdoğandan yeni Konstitusiya ilə bağlı AÇIQLAMA: “Biz mütləq ölkəmizi...”

Hazırda oxunan: Ərdoğandan yeni Konstitusiya ilə bağlı AÇIQLAMA: “Biz mütləq ölkəmizi...”

73744

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı, mayın 10-da Türkiyənin ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurasının yaradılmasının 154-cü ildönümünə həsr olunmuş tədbirdə 1980-ci ildə hərbi çevrilişdən sonra təsdiq edilmiş hazırkı Konstitusiyanı əvəz edəcək yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

“Xalqımızı 12 sentyabr çevrilişinin bəhrəsi olan mövcud Konstitusiyadan xilas etməyin vaxtı çatıb. Biz mütləq ölkəmizi sivil, azad və əhatəli bir konstitusiyaya gətirəcəyik”, - deyə Ərdoğan bildirib.

O xatırladıb ki, 2017-ci ildə Türkiyədə keçirilən referendumda Konstitusiyaya dəyişikliklər qəbul edilib və bunun sayəsində bu gün ölkədə parlament yox, prezident idarəetmə forması mövcuddur. 

Ərdoğanın sözlərinə görə, onun rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası parlamentdə dəfələrlə yeni konstitusiyanın qəbulunu təklif edib:

“Bundan başqa, biz təklif etmişdik ki, yeni Əsas Qanun layihəsinə baxılması üçün orada bütün tərəflərin bərabər şəkildə təmsil olunduğu komissiya yaradılsın, lakin müxalifət partiyalarının fərqli mövqeyi ucbatından bütün cəhdlərimiz boşa çıxdı”. 

Türkiyə prezidenti vurğulayıb ki, 2021-ci ildə Ədalət və İnkişaf Partiyası müxalifətin müvafiq təkliflərinə əsaslanaraq, yenidən yeni konstitusiya qəbulu təşəbbüsü ilə çıxış edib:

“O vaxtdan bəri heç bir mətn almadıq, buna görə də hazırlığımızı dayandırmaq məcburiyyətində qaldıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO