"Ermənistanda baş verənlər ölkənin daxili işidir" - Rusiya XİN

Hazırda oxunan: "Ermənistanda baş verənlər ölkənin daxili işidir" - Rusiya XİN

73068

“Ermənistanda baş verən etirazlar İrəvanın daxili işidir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib. 

“Rusiya Ermənistanın sabitliyində və dinc inkişafında maraqlıdır və bütün mübahisəli məsələlər dialoq müstəvisində həll edilməlidir. Rusiya əvvəlki kimi, İrəvanla Bakı arasında təmasları dəstəkləməyi davam etdirəcək, üçtərəfli bəyanatların icrasına, sülh sazişinin bağlanmasına yardım edəcək", - deyə rusiyalı diplomat vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov da baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazları ölkənin daxili işi adlandırıb:

“Bu, tamamilə Ermənistanın daxili işidir. Ermənistan bizim dostumuzdur. Buna görə də təbii ki, Ermənistanda bu dövrün tez bir zamanda başa çatması və sabitlik dövrünün yenidən başlamasında maraqlıyıq”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO