Qadını zorlamaq istədilər, 50 nəfər isə ... -  VİDEO

Qadını zorlamaq istədilər, 50 nəfər isə ... - VİDEO

Hazırda oxunan: Qadını zorlamaq istədilər, 50 nəfər isə ... - VİDEO

73061
Hindistanın Maharaştra əyalətində bir nəfər 20 yaşlı Prandya Mandhare adlı qadını zorlamağa çalışıb.

ANS PRESS-in məlumatına görə, küçənin ortasında təcavüzə məruz qalan 20 yaşlı qadın oğlanın saçından tutaraq polis bölməsinə gətirib.

Oğlan qadını zorlamaq istəyərkən küçədə olan 50 nəfərə yaxın adam sadəcə baş verənləri izləyiblər. Qadın hadisıə barədə belə danışıb: "Yanıma gəlib məni zorlamaq istədi. Ondan qaçmağa çalışdım, lakin məni yenə yaxaladı. Heç kim mənə kömək etmirdi. Özümdə güc tapıb onu vurmağa başladım. Sərxoş vəziyyətdə olduğu üçün ona güc gələ bildim. Saçından tutub sürüyə-sürüyə polis bölməsinə gətirdim", - deyə Mandhare bildirib.

Qeyd edək ki, Hindistanda qadınların zorlanması faktlarına tez-tez rast gəlinir. Hətta qadınlar buna qarşı böyük etiraz aksiyası da keçirmişdilər.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO