Dünyanın ən böyük yeni il yolkası bu il canlı yayımlanacaq - FOTO

Dünyanın ən böyük yeni il yolkası bu il canlı yayımlanacaq - FOTO

Hazırda oxunan: Dünyanın ən böyük yeni il yolkası bu il canlı yayımlanacaq - FOTO

7006

Dünyanın ən böyük yeni il ağacı bu il İtaliyada işıq saçacaq. Qubio şəhərində yerləşən bu ağac İngino dağının kənar yamaclarından başlayaraq, onun zirvəsinə doğru uzanır.

Şəhərdə yeni il ağacı dekabrın 7-dən quraşdırılıb.

Hər il şam ağacına görə müxtəlif ölkələrdən çoxlu turistlər şəhərə axın edir. Amma bu il təəssüf ki, pandemiya səbəbi ilə göz oxşayan yeni il ağacı 2021-i tək, turistsiz qarşılayacaq. Lakin bu gözəl mənzərəni hər kəs evindən canlı yayım vasitəsi ilə izləyə biləcək.

Qubio dağətəyindən izlənən bu gözəl mənzərə 1981-ci ildən İtaliyalıların yeni il simvoluna çevrilib.

Qeyd edək ki, bu ağac 1991-ci ildə “Dünyanın ən böyük yeni il ağacı” olaraq, Ginnesin rekordlar kitabına düşüb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO