Ermənistanda aksiya:  Rusiya bayrağı tapdalandı - VİDEO

Ermənistanda aksiya: Rusiya bayrağı tapdalandı - VİDEO

Hazırda oxunan: Ermənistanda aksiya: Rusiya bayrağı tapdalandı - VİDEO

67043
Ermənistanın Gümrü şəhərində Rusiya Baş Konsulluğunun binasına doğru avtoyürüş başlayıb.

APA-nın “news.am”x9d saytına istinadən verdiyi məlumata görə, aksiyada yüzlərlə sakin iştirak edir. Onlara İrəvandan gələn ictimai fəallar da qoşulub.
 
Yüzlərlə avtomobil Gümrüdəki 8 saylı hərbi şəhərcikdən Rusiya Baş Konsulluğuna istiqamət götürüb. Yürüş iştirakçıları Rusiyadan Gümrüdə Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirmiş hərbçi Valeri Permyakovu Ermənistana təhvil verməyi tələb edirlər. İştirakçılardan bəziləri Rusiya bayrağını tapdalayıb.
 
Qeyd edək ki, qətl hadisəsi yanvarın 12-də Gümrüdə, Avetisyan ailəsinin evində baş verib. Qatilin Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov olduğu sübuta yetirilsə də, hərbçi Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməyib və istintaq müştərək aparılır.
Bizimyol.info Azadlıq Radiosunun ermənistan bürosuna istinadən videonu təqdim edir:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO