Baydendən Rusiyaya NATO ilə bağlı XƏBƏRDARLIQ -

Baydendən Rusiyaya NATO ilə bağlı XƏBƏRDARLIQ - "Bu barədə düşünməyin"

Hazırda oxunan: Baydendən Rusiyaya NATO ilə bağlı XƏBƏRDARLIQ - "Bu barədə düşünməyin"

66564

ABŞ Prezidenti Cozef Bayden Polşanın paytaxtı Varşavadakı çıxışında Rusiyaya NATO ölkələrindən birinə hücumun nəticələri barədə xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, ABŞ lideri Alyans buna vahid cavab verəcəyini vurğulayıb. 

"NATO-nun hətta bir ölkəsinə qarşı müharibəyə başlamaq barədə düşünməyin. Biz hamımız birik", - Bayden deyib. 

Xatırladaq ki, NATO nizamnaməsinin 5-ci maddəsi alyansın bir ölkəsinə edilən hücumun bütün alyansa hücum olduğunu nəzərdə tutur. Bu halda bütün NATO ölkələri həmin dövlətə qarşı müharibəyə başlamalıdırlar. 

ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Bizim.Media-ya verdiyi müsahibəsində NATO-nun Ukraynaya yetərli yardım göstərməmə səbəbini bu amillə əlaqələndirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO