Yeni Azərbaycan təşkilatı yaradıldı

Yeni Azərbaycan təşkilatı yaradıldı

Hazırda oxunan: Yeni Azərbaycan təşkilatı yaradıldı

6643

“For Azerbaijan” adlı yeni qeyri-kommersiya təşkilatı fəaliyyətə başlayıb.

Bizim.Media xəbər verir ki, yeni təşkilat ölkənin ən həssas əhali qrupuna yardım məqsədilə bütün dünya azərbaycanlılarını bir araya gətirməyi hədəfləyir.

Bununla bağlı təşkilat məlumat da yayıb.

Məlumatda deyilir:

“Yalnız xeyriyyəçilik məqsədilə qurulan təşkilat, dünya azərbaycanlılarını və icmalarını bu amal ətrafında birləşdirərək Azərbaycandakı ən həssas aztəminatlı əhali qrupuna dəstək olmağı hədəfləyir.

Təşkilatın yaradılması ideyası ehtiyacı olan azərbaycanlılara dayanıqlı və şəffaf şəkildə kömək etmək üçün nümunəvi, xeyriyyəçilik təşkilatı yaratmağı hədəfləyən dünyanın müxtəlif ölkələrində yaşayan bir qrup azərbaycanlı peşəkar tərəfindən düşünülmüşdür.

Hərəkat, qayğıkeş insanların maneəsiz şəkildə töhfə verə bilməsi və ehtiyacı olan insanlara təsirli dəstəyi təmin etmək üçün lazımi infrastruktur yaratmaq kimi ali baxışa sahibdir.

Təşkilatın qurucu üzvləri “For Azerbaijan” təşkilatının sonrakı illərdə davamlı fəaliyyət göstərməsini təmin etmək üçün ilk 2 il üçün tələb olunan minimum maliyyə vəsaitini ayıracaq.

Təşkilatın uzun-müddətli proqramları minimal əməliyyat xərcləri çəkilməklə daha geniş xeyriyyəçi icmanın maliyyə yardımları ilə maliyyələşdiriləcək.

Təşkilat dünyanın bir çox ölkələrində yaşayan insanlardan maliyyə dəstəyini təmin edəcəkdir. Hər bir FA proqramı ehtiyacı olan insanların seçilməsində ciddi qiymətləndirmə meyarlarını tətbiq edəcəkdir.

''For Azerbaijan'' şəffaflıq, yüksək idarəetmə və hesabatlıq prinsiplərinə əməl etməyi öhdəsinə götürmüşdür.

Təşkilatın nümayəndəsi, Ülviyyə Həsənzadə bildirir ki, “Daha çox sponsorun bu təşəbbüsə qoşulmasını təmin etmək üçün layihələrimiz miqyaslana bilən olacaqdır”.

Təşkilat öz proqramlarını uğurla və səmərəli şəkildə həyata keçirmək üçün xeyriyyə təşkilatları və dövlət qurumları ilə tərəfdaşlıq edəcəkdir.

Təşkilat fəaliyyətə başladıqdan sonra, maraqlı tərəflər donor və yaxud könüllü qismində təşəbbüsə qoşula bilər. Əlavə məlumat üçün, //forazerbaijan.org/en/  səhifəsinə daxil olun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO