Kiyevə hücum etmək istəyən ruslar xeyli tank itirdi

Kiyevə hücum etmək istəyən ruslar xeyli tank itirdi

Hazırda oxunan: Kiyevə hücum etmək istəyən ruslar xeyli tank itirdi

65807

Kiyevə növbəti dəfə irəliləmək cəhdi zamanı rus qoşunları 6-cı tank alayının birləşmiş dəstəsini itiriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 18:00-a olan xülasəsində deyilir.

Həmçinin bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin fəal hərəkətləri nəticəsində Brovarı vilayətində bəzi istiqamətlərdə düşmən bölmələri yanacaq və ərzaq təchizatından kəsilib.

Baş Qərargah Rusiya qoşunlarının hücum potensialını itirdiyini, demək olar ki, bütün istiqamətlərdə onların irəliləyişinin dayandırıldığını qeyd edib. 

Düşmən itki verir, birlik və bölmələrin şəxsi heyətinin toplanmasında, maddi-texniki təchizatında ciddi problemlər yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO