Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı döyüşdən imtina etdi - FOTO

Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı döyüşdən imtina etdi - FOTO

Hazırda oxunan: Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı döyüşdən imtina etdi - FOTO

64611

Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 14-də saat 6:00-a olan xülasədə məlumat yayıb.

“Belarus Respublikası silahlı qüvvələrinin yüksək rütbəli rəsmilərindən birinin bəyanatına görə, xüsusi təyinatlılar Ukrayna ilə müharibədə iştirak etməyəcək”, - məlumatda deyilir.

Martın 12-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Belarus ordusunun Ukraynaya qarşı müharibədə iştirak təhlükəsi qalmaqdadır. 

Onun sözlərinə görə, Aleksandr Lukaşenko hələ də Belarus ordusunu döyüşə göndərməyə cəsarət etmir. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO