300 kilometrlik avtomobil tıxacı

300 kilometrlik avtomobil tıxacı

Hazırda oxunan: 300 kilometrlik avtomobil tıxacı

64568
Dekabrın 11-də Belçikada 2014-cü ilin rekord avtomobil tıxacı qeydə alınıb. Səhər tezdən paytaxt Brüsseli Gent və Limburq şəhərləri ilə birləşdirən magistralda yaranmağa başlayan tıxacın uzunluğu saat yeddi radələrində 300 kilometrə çatıb.

Tıxaca əsas səbəb kimi dəmiryolçuların tətili göstərilir. Flamand yol hərəkəti mərkəzinin nümayəndəsi Hadjo Bekman paytaxtı Antverpen, Gent, Ostende, Lyej, Mons və Şarlerua şəhərləri ilə bağlayan qatarların hərəkətinin dayandırılması nəticəsində belçikalıların şəxsi avtomobillərindən istifadə etməyə məcbur olduqlarını və nəticədə magistrallarda xaos yarandığını bildirib.

Statistik məlumatlara görə bu ölkədə tıxacların uzunluğu hər ötən il daha da artır. Belə ki, 2011-ci ildə 122, 2012-ci ildə 143, 2013-cü ildə isə 168 kilometrlik tıxaclar qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO