İsrail Prezidenti İsxak Hersoq Türkiyəyə rəsmi səfərə gəlib.
Bizim.Media xəbər verir ki, Prezident Hersoq və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə Ankaranın Esenboğa hava limanına enib.
İsxak Hersoqu hava limanında Türkiyə Prezidentin mətbuat katibi İbrahim Kalın və digər rəsmilər qarşılayıblar.
İki gün davam edəcək səfər Türkiyə-İsrail münasibətlərinin normallaşması baxımından mühüm hadisədir. Yeni əməkdaşlıq münasibətləri, xüsusilə Aralıq dənizindəki gərginliyi azalda, mövcud vəziyyəti tamamilə dəyişə bilər.
Qeyd edək ki, bu, İsrail Prezidentinin son 14 ildə Türkiyəyə ilk gəlişidir. Sonuncu dəfə 2008-ci ildə Prezident Şimon Peres Türkiyəyə səfər edib.
Bizim.Media