“Hyundai” Rusiyadakı zavodunun işini bərpa etməyəcək

“Hyundai” Rusiyadakı zavodunun işini bərpa etməyəcək

Hazırda oxunan: “Hyundai” Rusiyadakı zavodunun işini bərpa etməyəcək

63870

Cənubi Koreyanın avtomobil istehsalçısı olan “Hyundai Motor” şirkəti Rusiyadakı zavodunun işinin bərpası ilə bağlı planını Ukrayna böhranına görə təxirə salmalı olub.

Bizim.Media şirkətin açıqlamasına istinadla xəbər verir ki, fəaliyyətini martın 1-də müvəqqəti dayandırmış Sankt-Peterburq şəhərində avtomobil zavodu plana əsasən işini martın 9-da bərpa etməli idi.

Amma avtomobil istehsalı üçün tələb olunan yarımkeçiricilərin təchizatındakı problemlər zavodun işini bərpa etməyə imkan verməyib. 

Belə ki, Ukraynadakı hərbi əməliyyatlara görə ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiyaya hava və dəniz yolu ilə daşımalarda yaranan problemlər bu ölkədəki avtomobil zavodlarının işinə çətinlik yaradıb.

Qeyd edək ki, “Hyundai Motor”un Rusiyadakı zavodunda ildə təxminən 230 min avtomobil istehsal olunur. Zavodun böyük əksəriyyəti yerli işçilər olmaqla 5 mindən çox əməkdaşı var. 
“Hyundai” “AvtoVAZ” (Rusiya) və “Kia”dan (Cənubi Koreya) sonra Rusiyadakı 3-cü ən iri avtomobil istehsalçısıdır. Onun Rusiya avtomobil bazarındakı payı təxminən 10 faizdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO