Ukraynada deputatın köməkçisi yaxalandı - Rusiyaya casusluq edirmiş

Ukraynada deputatın köməkçisi yaxalandı - Rusiyaya casusluq edirmiş

Hazırda oxunan: Ukraynada deputatın köməkçisi yaxalandı - Rusiyaya casusluq edirmiş

63383

Ukrayna xalq deputatının köməkçisi dövlətin müdafiə qabiliyyəti haqqında məlumatları pul müqabilində Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinə (FTX) ötürməkdə şübhəli bilinir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Ukrayinskaya pravda” Baş Prokurorluğun saytına və hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb.

Söhbət “Xalqın qulluqçusu” partiyasının deputatı Yuri Zdebskinin ictimai əsaslarla çalışan köməkçisindən gedir. Onun adı açıqlanmır.

İstintaqın məlumatına görə, şübhəli şəxs 2014-cü ilin oktyabrından 2022-ci ilin fevralına qədər Ukraynanın müdafiə qabiliyyəti, dövlət, iqtisadi və informasiya təhlükəsizliyi ilə bağlı məlumatları pul qarşılığında toplayaraq Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə ötürüb.

O, xüsusi xidmət orqanlarının kuratorunun müəyyən etdiyi modelə əsasən, Ukraynadakı iqtisadi, dövlət və sosial vəziyyət, Ali Radada təmsil olunan siyasi qüvvələr arasında münasibətlərlə bağlı analitik hesabatları şəxsən tərtib edib.

"Şübhəli cinayət fəaliyyətinin bütün dövrü ərzində FTX-dan təxminən 80 min ABŞ dolları alıb. O, Ukrayna Cinayət Prosessual Məcəlləsinin 615-ci maddəsinin müddəalarına uyğun olaraq saxlanılaraq 30 günlük müddətinə nəzarətə götürülüb”, - Baş Prokurorluğun bəyanatında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO