Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı bir sıra açıqlamalar verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, Ukrayna rəhbərliyinə xəbərdarlıq edib:
"Əgər Ukrayna rəhbərliyi etdiklərini davam etdirsə, bu, Ukrayna dövlətçiliyinin gələcəyini sual altında qoyacaq və bütünlüklə məsuliyyət onların üzərinə düşəcək".
V.Putin əlavə edib ki, Rusiya Donbasdakı insanları qorumağa davam edəcək:
"Donbasda insanlar sahibsiz itlər deyil, bu illər ərzində 14 minə qədər insan öldürülüb. Biz onları qorumağa davam edəcəyik".
Rusiya Prezidenti Ukraynanın neytral statusunun NATO-ya daxil olmamaq üçün vacib olduğunu deyib.
O, dinc əhalinin təxliyəsi üçün atəşkəsdən də danışıb:
"Kiyevdən zəng etdilər ki, dəhliz verin. Bizimkilər dərhal reaksiya verdilər, döyüş əməliyyatlarını dayandırdılar. Onlar isə heç kimi çölə buraxmırlar, canlı qalxan kimi insanların arxasında gizlənirlər".
V.Putin Ukraynanın demilitarizasiyası üçün müxtəlif variantlar olduğunu deyib.
Bizim.Media