İçərisində “Volkswagen”, “Porsche”, “Audi” və “Bentley” kimi çoxsaylı lüks avtomobillərin olduğu “Felicity Ace” gəmisi Atlantik okeanında batıb.
Bizim.Media xəbər verir ki, bütün səylərə baxmayaraq yanan gəmini xilas etmək mümkün olmayıb.
Nəhəng yük gəmisi fevralın 16-da Portuqaliyanın Azor adaları yaxınlığında alovlanıb və onun 22 nəfərlik heyəti xilasedici qayıqlarla təxliyə edilib.
Yanan “Felicity Ace” gəmisi iki həftə sonra Azor adalarından təxminən 400 km aralıda batıb. Gəmidə olan avtomobillərin ümumi dəyərinin 401 milyon dollardan çox olduğu bildirilib.
Bizim.Media