Norveçin Equinor (keçmiş Statoil) neft-qaz şirkətinin Direktorlar Şurası Rusiyadakı müştərək müəssisələrdən çıxmaq və ölkəyə yeni investisiyaları dayandırmaq barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
“Rusiyada “Equinor”un iştirakı ilə birgə müəssisələrdən çıxmaq prosesi başlayıb”, deyə RBK telekanalı qeyd edib.
Equinor şirkətinin prezidenti və baş direktoru Anders Opedal vurğulayıb ki, "Biz hamımız Ukraynanın işğalından dərin narahatıq, düşüncələrimiz hərbi əməliyyatlardan əziyyət çəkən hər kəsin yanındadır. Bu çətin vəziyyətdə Equinor-un əsas prioriteti xalqımızın təhlükəsizliyidir".
Equinor Rusiyada 30 ildən çoxdur fəaliyyət göstərir. 2012-ci ildə şirkət “Rosneft”lə strateji tərəfdaşlığa daxil olub və bunu Rusiyadakı fəaliyyətinin əsası adlandırır.
RBK xatırladır ki, 2021-ci ilin sonuna şirkətin ölkədəki dövriyyədənkənar aktivləri 1,2 milyard dollar həcmində qiymətləndirilir.
Bir gün əvvəl, fevralın 27-də BP “Rosneft”dəki payını (19,75%) satmaq niyyətində olduğunu açıqlayıb. BP, həmçinin Rosneft ilə yaratdığı və 2021-ci ilin sonunda balans dəyəri təxminən 1,4 milyard dollar olan üç birgə müəssisədən çıxacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:25 / 28.02.2022
Norveç neft nəhəngi Rusiyanı tərk edir
Hazırda oxunan: Norveç neft nəhəngi Rusiyanı tərk edir
Hazırda oxunan: Norveç neft nəhəngi Rusiyanı tərk edir
62285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.