“Ukraynanın mərkəzinə doğru irəliləyən Rusiya hərbçiləri məhv edilib”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar "Facebook" hesabında yazıb.
*** 11:14
Rusiya hərbçiləri Ukrayna hərbçilərinin uniformasında, Ukrayna Silahlı Qüvvələrinin iki avtomobilini ələ keçirərək Kiyevə doğru irəliləyirlər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müvini Anna Malyar “Facebook” səhifəsində yazıb.
“Onların ardınca rus hərbi yük maşınlarının koloniyası gəlir. Onlar mütləq zərərsizləşdiriləcəklər” – deyə Malyar qeyd edib.
Bizim.Media
