Ukraynanın Donbass və Luqansk vilayətlərindən təxminən 6,8 min qaçqın Rostov vilayətində yerləşdirilib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Donbass vilayətinin qubernatoru məlumat verib. Onun sözlərinə görə bu gün səhər saatlarında Rostov vilayətinin 124 müvəqqəti yerləşdirmə mərkəzinə 6870 nəfər, o cümlədən 3533 uşaq yerləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna ilə həmsərhəd rayonlardakı məktəblər BAĞLANDI – Təcili QƏRAR
Bölgənin qubernatoru Vasili Qolubev qaçqınların qəbulu və yerləşdirilməsini təmin etmək üçün hökumətin bütün səviyyələrinin əlaqələndirilmiş fəaliyyətinə ehtiyac olduğunu vurğulayıb.
"Biz fövqəladə rejimdə işləməyə davam edirik, heç nə dəyişməyib. Tam və aydın əməkdaşlıq şəraitində hərəkət etməyə davam etmək vacibdir". Bundan əlavə Rusiya operatorlarının təxminən 10 min SİM kartı Donbass və Luqanskdan gələn vətəndaşlara verilib. Həmçinin qaçqınlara 10.000 rubl məbləğində birdəfəlik ödəmənin verilməsi üzərində iş aparılır.
Alçina Amilqızı, Bizim.Media