ABŞ prezidenti Co Bayden Rusiyanın Donbassda keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Reuters agentliyi yayıb.
“Bu gün bütün dünya Rusiya silahlı qüvvələrinin əsassız hücumundan əziyyət çəkən Ukrayna xalqı üçün dua edir. Prezident Putin fəlakətli insan tələfatı və insan iztirabları ilə nəticələnəcək müharibəni qəsdən seçib. Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır”, deyə o, qeyd edib.
"ABŞ, onun müttəfiqləri və tərəfdaşları vahid və qətiyyətli şəkildə cavab verəcəklər. Dünya Rusiyadan hesab çəkəcək”, - Bayden deyib.
Xatırladaq ki, fevralın 24-nə keçən gecə Putin Donbassda xüsusi hərbi əməliyyatın başlandığını elan edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:22 / 24.02.2022
Baydendən Rusiyanın Donbasda keçirdiyi hərbi əməliyyatla bağlı AÇIQLAMA
Hazırda oxunan: Baydendən Rusiyanın Donbasda keçirdiyi hərbi əməliyyatla bağlı AÇIQLAMA
Hazırda oxunan: Baydendən Rusiyanın Donbasda keçirdiyi hərbi əməliyyatla bağlı AÇIQLAMA
61585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.