“Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

“Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

Hazırda oxunan: “Hizbullah” lideri: “Müqavimət son nəfəsədək davam edəcək”

606368

“Müqavimət son nəfəsədək davam edəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Hizbullah”ın baş katibi Naim Qassem yazılı müraciətində bildirib.

Hizbullah lideri müraciətində İsrail ordusu ilə “Hizbullah” arasında davam edən döyüşlər, eləcə də Livan və İsrail arasında planlaşdırılan atəşkəs danışıqlarına münasibətini açıqlayıb.

O xüsusilə Livan hakimiyyətini “heç bir qarşılıq olmadan güzəştlərə getməməyə” çağırıb.
Müraciətdə qeyd olunub ki, “dövlət, ordu, xalq və müqavimət birlikdə ölkəni qoruyacaq, suverenliyi bərpa edəcək və işğalçıları qovacaq”.
 

“Bizi nə onların təhdidləri, nə də silahları qorxuda bilər. Biz bu torpağın sahibləriyik, imanımız, iradəmiz və onların məqsədlərinə çatmasına mane olmaq gücümüz var”, – deyə bəyanatda vurğulanıb.


Qeyd edək ki, martın 2-dən bəri İsrail və Hizbullah arasında gedən müharibə hələ də davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO