ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

Hazırda oxunan: ABŞ-İran danışıqlarında Hizbullah DÜYÜNÜ – Yalnız bu halda razılaşma mümkündür

603466

İran ABŞ və İsrailin iştirakı ilə mümkün atəşkəs razılaşmasına Livanın da daxil edilməsində israr edir.

Tehran münaqişənin dayandırılmasını İsrailin Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatına qarşı əməliyyatlarının dayandırılması ilə əlaqələndirir.

Bizim.Media xəbər verir ki, Press TV-nin məlumatına görə, İran tərəfi yalnız özünə qarşı hərbi əməliyyatları deyil, eyni zamanda regiondakı müttəfiq qruplaşmaları da əhatə edən genişmiqyaslı razılaşmaya nail olmağa çalışır.
 

Reuters agentliyinə danışan mənbənin sözlərinə görə isə Tehran təxminən bir aydır davam edən münaqişənin nizamlanması ilə bağlı ABŞ-ın təqdim etdiyi planı hələ də nəzərdən keçirir və yekun qərar qəbul etməyib.


Mənbələr bildirir ki, İran hələ mart ayının ortalarında vasitəçilərə İsrailin Livanda “Hizbullah”a qarşı zərbələrinin dayandırılmasının gələcək razılaşmanın tərkib hissəsi olmasının vacibliyini çatdırıb.
 

Donald Tramp administrasiyasının nümayəndəsi isə bildirib ki, İranın regiondakı müttəfiq strukturlarının fəaliyyətinin dayandırılması və “Hizbullah”ın silahsızlaşdırılması Livanda və ümumilikdə regionda sabitliyin təmin olunması üçün əsas şərtlərdən biridir.


Digər mənbənin sözlərinə görə, “Hizbullah” İran tərəfindən maraqlarının mümkün razılaşmada nəzərə alınacağına dair “zəmanətlər” alıb. Bildirilir ki, Tehran Livandakı vəziyyəti prioritet hesab edir və 2024-cü il atəşkəs təcrübəsinə istinad edərək, razılaşmadan sonra İsrailin zərbələrinin davam etməsinə imkan vermək niyyətində deyil.

Qeyd olunur ki, bu mövqe İranla “Hizbullah” arasında sıx əlaqələrin davam etdiyini göstərir.

Eyni zamanda, Beyrutda daxili siyasi gərginlik də artır. Qruplaşmanın münaqişədə iştirakı ölkə daxilində digər siyasi qüvvələrlə ziddiyyətləri dərinləşdirib.

Qeyd edək ki, 2024-cü ildə baş verən döyüşlərdən sonra “Hizbullah”ın Livandakı təsiri zəifləyib.

Yeni hökumət isə təşkilatın silahsızlaşdırılması və hərbi fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tələblər irəli sürüb.

Bundan əvvəl Livan Xarici İşlər Nazirliyi İranın ölkədəki səfirini persona non grata elan edib.

“Hizbullah” nümayəndələri və bir sıra şiə siyasi xadimlər bu qərara etiraz ediblər.

Beyrutdakı mənbənin qiymətləndirməsinə görə, “Hizbullah” İranın dəstəyi ilə əldə olunacaq mümkün razılaşmanın onun ölkə daxilində siyasi mövqelərini gücləndirəcəyinə ümid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO