Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

Hazırda oxunan: Britaniyadan ABŞ-a DƏSTƏK - DETALLAR

602685

Böyük Britaniya ABŞ-nin Hörmüz boğazını hədəf alan İran obyektlərinə qarşı zərbələr endirməsi üçün Britaniya bazalarından istifadə etməsinə razılıq verib.

Bizim.Media  BBC-yə istinadla xəbər verir ki, Dauinq Strit daha əvvəl də ABŞ qüvvələrinə Britaniya maraqlarına və vətəndaşların həyatına təhlükə yarada biləcək İran raket hücumlarının qarşısını almaq məqsədilə bu bazalardan istifadə etməyə icazə vermişdi.
 

Lakin bu gün keçirilən iclasda nazirlər ABŞ-nin Britaniya bazalarından istifadəsinin əhatə dairəsini genişləndirərək, Hörmüz boğazında gəmilərin qorunmasını da əhatə etməsinə razılaşıblar. Buna baxmayaraq, Böyük Britaniyanın zərbələrdə birbaşa iştirak etməyəcəyi bildirilib.


Dauinq Strit qeyd edib ki, ölkənin münaqişəyə yanaşmasının əsas prinsipləri dəyişməz qalır.

Hökumət sözçüsü bildirib ki, nazirlər ABŞ-nin müdafiə xarakterli əməliyyatlar üçün bazalardan istifadə etməsinə razılıq veriblər. Bu əməliyyatlar Hörmüz boğazında gəmilərə hücumlarda istifadə olunan obyektləri hədəf alacaq.

Eyni zamanda, nazirlər gərginliyin təcili şəkildə azaldılmasının və münaqişənin tez bir zamanda həllinin vacibliyini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO