NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

Hazırda oxunan: NATO İraqdakı bütün qoşunlarını Avropaya təxliyə etdi

602675

NATO yerli ordunu yetişdirmək üçün təlim missiyasının bir hissəsi olaraq orada olan bütün qoşunlarını İraqdan Avropaya təxliyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviçin açıqlamasında bildirilib.
 

Onun sözlərinə görə, qoşunların təxliyə edilməsi Yaxın Şərqdəki müharibə səbəbindən Avropa hərbi heyətinə qarşı yaranan təhlükəsizlik təhdidləri ilə əlaqədardır.


"Bütün NATO heyətinin İraqdan Avropaya təhlükəsiz şəkildə köçürülməsinə görə İraq Respublikasına və bütün NATO ölkələrinə təşəkkür etmək istərdim", - deyə o bildirib.

O əlavə edib ki, NATO-nun Neapoldakı regional qərargahı artıq İraqla məsafədən əməkdaşlıq edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO