Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

Hazırda oxunan: Trampın Yaponiya Baş naziri ilə görüşdə Perl Harbor zarafatı GÜNDƏM OLDU – VİDEO

602574

Martın 19-da ABŞ Prezidenti Donald Tramp və Yaponiya Baş naziri Sane Takaiçi arasında Ağ Evdə görüş baş tutub.

Bizim.Media xəbər verir ki, görüşdən sonra Trampın yaponiyalı jurnalistin sualına verdiyi cavab dünya miqyasında müzakirələrə səbəb olub.

Yapon jurnalist Trampa “Niyə İrana hücumu müttəfiqlərinizə əvvəlcədən xəbər etmədiniz” sualını ünvanlayıb.

Tramp suala belə cavab verib:

“İstədim sürpriz olsun. Sürpriz etməyi yaponlardan daha yaxşı kim bilə bilər?! Siz niyə Perl Harboru vuranda xəbərdarlıq etməmişdiniz?!”

Qeyd edək ki, 1941-ci ildə Yaponiyanın hərbi qüvvələri ABŞ-ın Havaydakı hərbi-dəniz bazası olan Perl Harbora qəfil hücum etmişdi.

Məhz bu hücumdan sonra ABŞ II Dünya Müharibəsinə qoşuldu və savaş Yaponiyanın ağır məğlubiyyəti ilə yekunlaşdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO