Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

Hazırda oxunan: Kim Çen İn qızı ilə birgə tank sürdü – FOTO

602566

Şimali Koreyanın paytaxtı Pxenyanda keçirilən taktiki hərbi təlimlərdə piyada və tank bölmələri iştirak edib. 

Bizim.Media xəbər verir ki, u barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KTTA) məlumat yayıb.
 

Məlumata görə, təlimlərin əsas məqsədi hücum əməliyyatları zamanı bölmələrarası koordinasiyanın artırılması olub. Ssenariyə uyğun olaraq, əvvəlcə tank əleyhinə müdafiə vasitələrinin zərərsizləşdirilməsi, daha sonra isə birgə hücum və mövqelərin ələ keçirilməsi məşq edilib.


Təlimlərə yeni tip tanklarla təchiz olunmuş süvari alayının rotası, xüsusi təyinatlı qüvvələr və zərbə tipli pilotsuz uçuş aparatları cəlb olunub.

Şimali Koreya lideri Kim Çen İn qızı ilə birgə təlimlərdə iştirak edib. O, təlimlərin gedişindən məmnunluğunu ifadə edib. KXDR lideri yeni əsas döyüş tankını zərbə gücü, hərəkət qabiliyyəti və mühafizə səviyyəsinə görə “dünyada analoqu olmayan nümunə” kimi qiymətləndirib.

Bildirilib ki, nümayiş zamanı tankın aktiv müdafiə sistemi müxtəlif istiqamətlərdən hücum edən tank əleyhinə raketləri və pilotsuz aparatları 100 faiz dəqiqliklə zərərsizləşdirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO