Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

Hazırda oxunan: Netanyahu: “İrana qurudan əməliyyat başlaya bilər” – VİDEO

602563

İsrail Baş naziri Benyamin Netanyahu İranda quru əməliyyatının olacağını istisna etməyib.

Bizim.Media xəbər verir ki, İsrail lideri bu barədə mətbuat konfransında danışıb.

O, İran ərazisinə tammiqyaslı hərbi müdaxilə olmadan inqilaba nail olmağın mümkün olmadığını bildirib.

"İnqilablar havadan baş vermir - bu doğrudur. Mütləq qurudan müdaxilə olmalıdır. Bu komponentin bir çox variantı var. Bu variantları açıqlamayacağam", - deyə o qeyd edib.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO