Nazarbayev: “Mən seçimimi Tokayevin xeyrinə etmişəm”

Nazarbayev: “Mən seçimimi Tokayevin xeyrinə etmişəm”

Hazırda oxunan: Nazarbayev: “Mən seçimimi Tokayevin xeyrinə etmişəm”

601626

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev yeni Konstitusiyanın qəbulu ilə bağlı keçirilən respublika referendumunda səs verdikdən sonra ölkədə aparılan siyasi islahatlara münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Qazaxıstan KİV-lərinin məlumatına görə, Nazarbayev deyib ki, yeddi il əvvəl prezident səlahiyyətlərini könüllü şəkildə təhvil verərkən, Qazaxıstanın dayanıqlı inkişafı və hakimiyyətin varisliyinin təmin olunması maraqlarını rəhbər tutub.

“Zaman yerində dayanmır. Nəsillər dəyişir. Hər bir nəsil Qazaxıstanın müstəqilliyinin möhkəmləndirilməsinə öz töhfəsini verməlidir.
 

Hesab edirəm ki, mənim nəslim öz vəzifəsini yerinə yetirib: müstəqilliyi elan etdi, sərhədləri müəyyənləşdirdi və paytaxtı qurdu. İndi isə Qazaxıstanı daha da gücləndirmək, onun nüfuzunu artırmaq lazımdır. Bunun üçün xeyli iş görülür, o cümlədən mənim də dəstəklədiyim bugünkü referendum.


Vaxtilə mən seçimimi Kasım-Jomart Tokayevin xeyrinə etmişəm və bu seçimimə həmişə sadiq qalacağam. Arzu edirəm ki, bu Konstitusiya Qazaxıstanın və xalqımızın rifahına xidmət etsin”, — deyə Qazaxıstanın birinci prezidenti bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO