SENSASİYA: Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb?

SENSASİYA: Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb?

Hazırda oxunan: SENSASİYA: Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb?

601608

Fevralın 28-də İsrail zərbələri zamanı ağır yaralandığı deyilən İranın yeni ali lideri Müctəba Xamenei müalicə üçün gizli əməliyyatla Moskvaya aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Küveytin “Əl-Cəridə” nəşri Xameneiyə yaxın mənbəyə istinadən yazıb.

Məlumata görə, Xamenei hərbi təyyarə ilə Rusiyaya çatdırılıb, Moskvada əməliyyat olunub və hazırda özəl klinikalardan birində müalicə alır. Həmin iddiaya əsasən, bu təxliyə üçün xüsusi gizli əməliyyat həyata keçirilib.

Eyni xəbərdə bildirilir ki, İran mediasında yayılan müraciətin guya Müctəba Xameneinin özü tərəfindən deyil, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən hazırlandığı ehtimal edilir.

Lakin bu məlumat hələlik nə Tehran, nə də Moskva tərəfindən rəsmi şəkildə təsdiqlənib. Əksinə, İranın xarici işlər naziri Abbas Əraqçi martın 14-də bildirib ki, Müctəba Xamenei ilə bağlı “heç bir problem yoxdur” və o, vəziyyətə nəzarət edir.

ABŞ prezidenti Donald Tramp isə NBC-yə müsahibəsində Müctəba Xameneinin taleyi ilə bağlı şübhə ifadə edərək, “əgər sağdırsa, təslim olmalıdır” deyib.

Hazırda Müctəba Xameneinin Rusiyaya aparılması ilə bağlı məlumat yalnız media iddiası kimi qalır və müstəqil rəsmi təsdiq yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO