Vuçiçdən İDDİA: Albaniya və Xorvatiya Serbiyaya hücuma hazırlaşır

Vuçiçdən İDDİA: Albaniya və Xorvatiya Serbiyaya hücuma hazırlaşır

Hazırda oxunan: Vuçiçdən İDDİA: Albaniya və Xorvatiya Serbiyaya hücuma hazırlaşır

601606

Serbiya prezidenti Aleksandar Vuçiç Albaniya və Xorvatiyanın Serbiyaya mümkün hücuma hazırlaşdığını bildirib.

Bizim.Media xəbər verir ki, Vuçiç bu barədə Serbiya Radio və Televiziyasına (RTS) müsahibəsində danışıb.

Onun sözlərinə görə, bu ölkələr hərbi ittifaq formalaşdırır və hərəkətə keçmək üçün əlverişli məqam gözləyirlər.
 

“Onlar bizə hücum etmək üçün ittifaq yaradırlar. Rusiya ilə Avropa arasında münaqişənin daha da kəskinləşməsini, həmçinin Yaxın Şərqdə böyük müharibənin başlanacağı anı gözləyirlər. Onlar qlobal xaosun buna imkan verəcəyi məqamı gözləyirlər”, deyə o, əlavə edib.


Bundan əvvəl Albaniya, Xorvatiya və Kosovo müdafiə sahəsində əməkdaşlığa dair bəyannamə imzalayıblar. Belqradda bu sənəd ölkənin təhlükəsizliyi üçün potensial təhdid kimi qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO