Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiya layihəsi ilə bağlı ümumxalq referendumunda səs verib.
Bizim.Media Akordaya istinadla xəbər verir ki, dövlət başçısı Məktəblilər sarayında yerləşən 51 saylı seçki məntəqəsində səsvermədə iştirak edib.
Prezident Tokayev səsvermədən sonra yerli və beynəlxalq media nümayəndələri üçün brifinq keçirib.
Jurnalistlərə müraciət edən dövlət başçısı referendumun ölkənin gələcək inkişafı üçün müstəsna əhəmiyyətini vurğulayıb.
“Yeni Konstitusiya ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini təsdiqləyir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya öz rolunu oynayıb. Ölkəmiz 35 il bu sənədlə yaşayıb, amma zaman keçir. Yeni Əsas Qanunun qəbul edilməsinin vaxtı gəlib çatıb. Onun hazırlanmasında mənim də fəal iştirakım olub, Konstitusiyanın preambulasının mətnini və bir sıra digər müddəaları şəxsən təklif etmişəm. Əminəm ki, yeni Əsas Qanun ölkənin və onun gələcəyinin naminə xidmət edəcək”, -deyə Tokayev bildirib.
Səsverməyə çıxarılan sual budur: “Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?”
Referendum ölkə üzrə 10 mindən çox seçki məntəqəsində keçirilir və saat 20:00-a qədər davam edəcək.

Bizim.Media

- A-
- A
- A+
Dünya
11:23 / 15.03.2026
Qazaxıstan Prezidenti referendumda səs verdi - FOTO
Hazırda oxunan: Qazaxıstan Prezidenti referendumda səs verdi - FOTO
Hazırda oxunan: Qazaxıstan Prezidenti referendumda səs verdi - FOTO
601595
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































