Xameneinin oğlu Ali Lider seçildi - VİDEO

Xameneinin oğlu Ali Lider seçildi - VİDEO

Hazırda oxunan: Xameneinin oğlu Ali Lider seçildi - VİDEO

600432

İranda Ekspertlər Şurasının keçmiş ali lider Əli Xameneinin oğlu Müctəba Xameneini onun varisi kimi seçdiyinə dair məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi yayıb.

Məlumata görə, Ekspertlər Şurasının üzvü Ayətullah Hüseynəli Eşkəvari İran mediasında yayımlanan videoda yeni liderlə bağlı mühüm açıqlama verib.

“Xamenei soyadı davam edəcək”, – deyə Eşkəvari bildirib.

O həmçinin qeyd edib ki, yeni ali liderin seçilməsi ilə bağlı səsvermə artıq keçirilib və nəticələr yaxın vaxtlarda rəsmi şəkildə elan olunacaq. Lakin o, əlavə təfərrüat açıqlamayıb.

Bildirilir ki, Ekspertlər Şurasının katibi Hüseyni Buşehri yaxın vaxtlarda Əli Xameneinin varisinin adını rəsmi şəkildə açıqlamalıdır. Bu barədə daha əvvəl dövlət mediasına digər din xadimi Əhməd Alamolhoda məlumat verib.

Bu arada ABŞ prezidenti Donald Tramp İranın yeni liderinin seçilməsi məsələsinə də münasibət bildirib. O, ABC News telekanalına müsahibəsində Vaşinqtonun bu prosesdə söz sahibi olmalı olduğunu iddia edib.

“Əgər o, bizim razılığımızı almasa, uzun müddət hakimiyyətdə qala bilməz”, – deyə Tramp bildirib.

 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO