Araqçi Trampa cavab verdi: “Heç kim İranın daxili işlərinə qarışa bilməz” - VİDEO

Araqçi Trampa cavab verdi: “Heç kim İranın daxili işlərinə qarışa bilməz” - VİDEO

Hazırda oxunan: Araqçi Trampa cavab verdi: “Heç kim İranın daxili işlərinə qarışa bilməz” - VİDEO

600417

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ prezidenti Donald Trampın İranın yeni ali lideri ilə bağlı açıqlamalarına cavab verib. O bildirib ki, İran rəhbərliyinin seçilməsi ölkənin daxili məsələsidir və heç bir xarici dövlət bu prosesə müdaxilə edə bilməz.

Bizim.Media xəbər verir ki, Araqçinin sözlərinə görə, İranın gələcək ali lideri Ekspertlər Şurası tərəfindən seçiləcək və bu şuranın üzvləri birbaşa xalq tərəfindən müəyyən edilir.

“Ekspertlər Şurası tərəfindən seçiləcək şəxs İranın gələcək lideri olacaq. Bildiyiniz kimi, bu şuranın üzvləri də birbaşa xalq tərəfindən seçilib”, – deyə Araqçi qeyd edib.

Müsahibə zamanı aparıcı Trampın İranın yeni liderinin seçilməsində rol oynaya biləcəyi barədə səsləndirdiyi fikri xatırladıb və Tehranın buna icazə verib-verməyəcəyini soruşub.

Araqçi isə buna qəti şəkildə etiraz edərək bildirib:

“Biz heç kimə ölkəmizin daxili işlərinə qarışmağa icazə verməyəcəyik. Bu məsələ yalnız İran xalqına aiddir. İran xalqı artıq Ekspertlər Şurasını seçib və liderin müəyyən edilməsi onların məsuliyyətidir. Bu, yalnız İran xalqının daxili işidir və başqa heç kimə aid deyil”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO