İran rəhbərliyinin bölgədə mümkün yeni müharibə üçün hazırladığı gizli strategiya üzə çıxıb.
Bizim.Media xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, plan “Dəli əməliyyatı” (Operation Madman) adlanıb və İranın ali dini lideri Ayətullah Əli Xameneinin göstərişi ilə hazırlanıb.
Nəşrin yazdığına görə, 12 günlük müharibədən sonra İran rəhbərliyi yeni qarşıdurmanın qaçılmaz olacağını düşünərək genişmiqyaslı hərbi plan hazırlayıb.
Altı iranlı rəsminin sözlərinə görə, Xameneinin göstərişi açıq olub:
əgər İran yenidən hücuma məruz qalsa və ya onun özü öldürülsə, regionda geniş müharibə başlanmalıdır.
Planın məqsədi müharibəni təkcə İsrail və ABŞ üçün deyil, həm də ərəb ölkələri üçün son dərəcə bahalı və dağıdıcı etmək idi.
Strategiyaya görə hücumlar aşağıdakı sahələri də hədəfə almalı idi: iqtisadiyyat, turizm, enerji infrastrukturu, nəqliyyat şəbəkələri.
Planın üç mərhələsi
Məlumata görə, əməliyyat üç əsas mərhələdən ibarət idi.
Birinci mərhələ – İsrailə qarşı geniş raket və hərbi zərbələr.
İkinci mərhələ – ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücumlar.
Üçüncü mərhələ – mülki obyektlərə zərbələr (hava limanları, otellər və səfirliklər).
Strategiya əvvəlcədən hazırlanmışdı
NYT yazır ki, müharibə başlayandan sonra İran bir neçə gün ərzində planın bütün mərhələlərini həyata keçirib.
Corc Vaşinqton Universitetinin İran hərbi tarixi üzrə eksperti Sina Azodi bildirib ki, bu addımlar ani qərar deyildi:
“Bu, impulsiv reaksiya yox, əvvəlcədən hazırlanmış strategiya idi. Məqsəd ABŞ və onun regiondakı müttəfiqlərinə maksimum zərər vurmaq idi.”
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:00 / 08.03.2026
Xameneinin ölümündən əvvəl hazırladığı gizli plan - “Dəli əməliyyatı”
Hazırda oxunan: Xameneinin ölümündən əvvəl hazırladığı gizli plan - “Dəli əməliyyatı”
Hazırda oxunan: Xameneinin ölümündən əvvəl hazırladığı gizli plan - “Dəli əməliyyatı”
600396
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































