Çin liderinin hərbçilərinə “Ölümdən qorxmayın” tövsiyəsi yenidən GÜNDƏMƏ GƏLDİ - VİDEO

Çin liderinin hərbçilərinə “Ölümdən qorxmayın” tövsiyəsi yenidən GÜNDƏMƏ GƏLDİ - VİDEO

Hazırda oxunan: Çin liderinin hərbçilərinə “Ölümdən qorxmayın” tövsiyəsi yenidən GÜNDƏMƏ GƏLDİ - VİDEO

600352

ABŞ-İsrail və İran arasında müharibənin doqquzuncu günü davam etdiyi bir vaxtda Çin Dövlət Başçısı Si Cinpinin ordunun qarşısında çıxış etdiyi köhnə görüntülər sosial şəbəkələrdə yenidən geniş müzakirə olunmağa başlayıb.

Bizim.Media xəbər verir ki, yayılan videoda Si Cinpinin Çin ordusunun hərbçilərinə müraciət etdiyi və onlara xidmət zamanı ölümdən qorxmamağı tövsiyə etdiyi görünür.
 

Çıxışında o, ordunun gücünün dövlət təhlükəsizliyi üçün həlledici rol oynadığını vurğulayır. Kadrlarda böyük bir ərazidə toplanmış minlərlə Çin hərbçisinin nizamlı şəkildə liderin çıxışını dinlədiyi görünür.


Sosial şəbəkələrdə paylaşılan görüntülər xüsusilə Çin ordusunun sayının çoxluğu və hərbi intizamı ilə diqqət çəkib.

Video niyə yenidən yayılır?

Analitiklər bildirirlər ki, video yeni deyil, lakin Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə yenidən gündəmə gətirilməsi qlobal təhlükəsizlik müzakirələri ilə əlaqələndirilir.
 

Son illərdə Çin rəhbərliyi ordunun modernləşdirilməsi, yüksək texnologiyalı silah sistemlərinin inkişafı, hərbi hazırlığın gücləndirilməsi istiqamətində geniş proqramlar həyata keçirir.


Bu səbəbdən Si Cinpinin orduya verdiyi mesajlar beynəlxalq təhlükəsizlik və geosiyasi balans mövzularında yeni müzakirələrə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO