“ABŞ qüvvələrinin Hörmüz boğazından tankerləri keçirməsini gözləyirik”.
Bizim.Media “Fars” agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlıqla SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini çıxış edib.
SEPAH sözçüsü deyib ki, İran ABŞ hərbi qüvvələrinin tankerləri müşayiət etməsini “məmnuniyyətlə qarşılayır” və onların boğazda görünməsini gözləyir.
Qeyd edək ki, bu xəbərdarlıq ABŞ-ın Enerji Departamentinin katibinin donanmanın boğazdan gəmiləri “mümkün olan ən qısa müddətdə” müşayiət etməyə hazırlaşdığını açıqlamasından sonra edilib.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.
Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Buna paralel olaraq, İran Hörmüz boğazını bağladığını açıqlayıb və bölgədəki bir neçə tankerə zərbələr endirib.
Bizim.Media






























































































