İranın hücumundan qorunmaq üçün özlərini çinli kimi göstərdilər – DETALLAR

İranın hücumundan qorunmaq üçün özlərini çinli kimi göstərdilər – DETALLAR

Hazırda oxunan: İranın hücumundan qorunmaq üçün özlərini çinli kimi göstərdilər – DETALLAR

600187

Körfəzdə olan gəmilər İran tərəfindən hücuma məruz qalmamaq üçün transponder vasitəsilə siqnallarını dəyişdirərək Çinə aid olduqlarını və Çin ekipajının gəmidə olduğunu göstərməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
 

Nəşrin məlumatına görə, son bir həftədə ən azı 10 gəmi avtomatik identifikasiya sistemində siqnallarını “Çinə məxsus”, “Tamamilə Çin ekipajı” və ya “Gəmidə Çin ekipajı var” kimi göstərib.


Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib. 

Buna paralel olaraq, İran Hörmüz boğazını bağladığını açıqlayıb və bölgədəki bir neçə tankerə zərbələr endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO