“ABŞ bazalarına hücum üçün Rusiya İrana həqiqətən də kəşfiyyat məlumatları versə belə, bunun əhəmiyyəti yoxdur”.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Karolina Levitt mətbuat konfransında jurnalistlərin sualına cavab olaraq deyib.
Levit həmçinin bildirib ki, sözügedən məsələ ilə bağlı Prezidentin özü (Donald Tramp – red.) açıqlama verə bilər.
Qeyd edək ki, Levitinin mətbuat konfransından sonra Donald Trampa sözügedən sual ünvanlanıb. ABŞ lideri “bu, axmaq sualdır” deyərək cavablandırıb.
Xatırladaq ki, “Vaşinqton Post” Rusiyanın ABŞ qoşunlarına hücum etmək üçün İrana kəşfiyyat məlumatları ötürdüyünü iddia etmişdi.
Bizim.Media




























































































