Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Corciya Meloni arasında telefon danışığı olub.
Bizim.Media TRT Haber-ə istinadən xəbər verir ki, iki ölkə lideri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Ərdoğan bildirib ki, Türkiyə İranda baş verən hadisələri və onların regiona təsirlərini yaxından izləyir, sabitliyi poza biləcək addımlardan çəkinilməsi ilə bağlı tərəflərə lazımi tövsiyələr verib.
O əlavə edib ki, Türkiyə diplomatiya platformasının gücləndirilməsini müdafiə edir. Onun sözlərinə görə, davam edən münaqişəli proses qlobal təhlükəsizlik üçün də risklər yaradır.
Bizim.Media



























































































