İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-ın Amazon şirkətinə məxsus data mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiaynı İranın Fars agentliyi yayıb.
Məlumata görə, Yaxın Şərqdə ABŞ-a məxsus ən böyük məlumat emalı mərkəzlərindən biri hesab edilən Amazon-un Bəhreyndəki data mərkəzi SEPAH-a məxsus dronların hücumuna məruz qalıb.
Bildirilir ki, əməliyyatın məqsədi bu data mərkəzlərinin ABŞ-ın İrana qarşı hərbi və kəşfiyyat fəaliyyətində oynadığı rolu müəyyənləşdirmək olub.
Bizim.Media



































































































