İranın daha bir hava hücumundan sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rus dilində yazılar əks olunan dron parçaları tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Dubayın hava hücumundan müdafiə qüvvələri "Geran-2" işarəli PUA-nı vurub.
Jurnalistlərin iddialarına görə, pilotsuz təyyarənin qalıqları strateji əhəmiyyətli Cəbəl Əli limanının yaxınlığında tapılıb. Daha əvvəl media Cəbəl Əli limanında ələ keçirilən raketlərin qalıqlarının tapıldığını bildirmişdi.
Qeyd edək ki, İran Ukraynaya hücumlar üçün Rusiyaya “Şahed 136” adlı bu tip PUA-lar tədarük edib.
Rusiya onları yenidən rəngləyib və belə işarələyib, daha sonra onları Tatarıstandakı öz müəssisələrində yığmağa başlayıb.

Bizim.Media
































































































