Bill Klintonun yeni şok FOTOLARI: cakuzi, qadınlar, Epşteyn və gecəsi 20 000 dollarlıq dəbdəbə

Bill Klintonun yeni şok FOTOLARI: cakuzi, qadınlar, Epşteyn və gecəsi 20 000 dollarlıq dəbdəbə

Hazırda oxunan: Bill Klintonun yeni şok FOTOLARI: cakuzi, qadınlar, Epşteyn və gecəsi 20 000 dollarlıq dəbdəbə

599172

Keçmiş ABŞ prezidenti Bill Klintonun cakuzi içində naməlum bir qadınla çəkilmiş qalmaqallı fotosu 2002-ci ildə Asiyaya səfəri zamanı çəkilib. Bildirilir ki, həmin səfərdə Klinton pedofiliya ittihamları ilə gündəmə gəlmiş maliyyəçi Ceffri Epşteyn və onun yaxın silahdaşı Gisleyn Maksvell ilə birlikdə olub. 

Bizim.Media xəbər verir ki, bu barədə The Post nəşri yazır.
 

Sözügedən şəkil ABŞ Konqresinin Hökumətə Nəzarət Komitəsində keçirilən dinləmələr zamanı müzakirə olunub. Klinton bildirib ki, o, “heç bir qanun pozuntusuna yol verməyib” və fotoda üzü qaraldılmış qadınla cinsi münasibətdə olmayıb.


Foto Bruneydə yerləşən Empire hotelinin Emperor Suite nömrəsində çəkilib. Gecəsi 20 000 dollar olan bu lüks rezidensiyada şəxsi lift, hovuz, cakuzi, sauna, buxar otağı və şəxsi kinoteatr mövcuddur.

Klinton Bruneyyə Epşteynə məxsus məşhur “Lolita Express” adlı şəxsi təyyarə ilə uçub. Onu baş müşaviri Duq Bend, adı Mayk kimi göstərilən naməlum şəxs və yalnız “Cenis” və “Cessika” kimi təqdim olunan iki qadın müşayiət edib.

Səfər zamanı qrup bir gecə Honq-Konqda, daha sonra iki gecə Çinin Şençjen şəhərində qalıb, bundan sonra Bruneyin paytaxtı Bandar-Seri-Beqavana yollanıb.

Klinton Maksvell və naməlum qadınla birlikdə lüks nömrənin hovuzunda da istirahət edib. Həmin vaxt böyük ekranda qolf oyunu nümayiş olunub. Epşteyn və digər şəxslər isə rahat atmosferdə görüntüləniblər — məsələn, Epşteyn idman şalvarında pianonun arxasında əyləşmiş vəziyyətdə fotoşəkilə düşüb.

Keçmiş prezident fotodakı qadını tanımadığını bildirib və hər hansı qanun pozuntusunu dəfələrlə təkzib edib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO