İranın bombaladığı ölkələr və itkilərin sayı - SİYAHI

İranın bombaladığı ölkələr və itkilərin sayı - SİYAHI

Hazırda oxunan: İranın bombaladığı ölkələr və itkilərin sayı - SİYAHI

599146

ABŞ və İsrail şənbə günü İrana hücum etməyə başlayandan sonra Yaxın Şərq ölkələrində də partlayış səsləri eşidilir.

Tehran hücuma cavab olaraq İsrailə və Yaxın Şərq ölkələrindəki ABŞ hərbi bazalarına raket və dron zərbələri indirib.

İran rəsmiləri bundan əvvəl də xəbərdarlıq edərək hücuma məruz qalacağı təqdirdə, regiondakı ABŞ hərbi obyektlərini hədəf alacağını bildirmişdi.

Bizim.Media xəbər verir ki, Modern.az İranın hücum etdiyi ölkələri və həmin ölkələrdə ölən və yaralananların sayını araşdırıb:

İsrail Hərbi Hava Qüvvələri ABŞ ilə birgə hücum çərçivəsində son bir gündə İranın 31 əyalətindən 24-nə 1200-dən çox sursat atdığını bildirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ qoşunlarının yerləşdiyi Yaxın Şərqdəki 27 bazaya, eləcə də Təl-Əvivdə və İsrailin digər bölgələrindəki hərbi obyektlərə hücumlar təşkil etdiyini bildirib.

İran indiyə qədər bölgədəki doqquz ölkəyə - Bəhreyn, İraq, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Kipr Respublikasına hücumlar həyata keçirib. Bu hücumların əksəriyyətinin qarşısı alınıb.

ABŞ on illərdir Yaxın Şərqdə hərbi bazalar yerləşdirir. Xarici Əlaqələr Şurasına görə, ABŞ regionda ən azı 19 yerdə həm daimi, həm də müvəqqəti geniş hərbi obyektlər şəbəkəsi idarə edir.
 

Bunlardan səkkizi Bəhreyn, Misir, İraq, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də daimi bazalardır.


2025-ci ilin ortalarına olan məlumata görə, Yaxın Şərqdə həm böyük, daimi bazalarda, həm də kiçik ön cəbhələrdə yerləşən təxminən 50.000-dək ABŞ əsgəri var.

Ən çox ABŞ əsgərinə malik ölkələr Qətər, Bəhreyn, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanıdır. Bu bazalar ABŞ hava və dəniz əməliyyatları, regional logistika, kəşfiyyat məlumatlarının toplanması və qüvvələrin proyeksiyası üçün vacib mərkəzlər rolunu oynayır.

İsraildə ölənlərin 9, yaralananların sayı isə 121-ə yüksəlib:

Əl-Cəzirə telekanalnın məlumatına görə, bazar günü günortadan sonra İranın İsrailin mərkəzindəki Beyt Şemeşə ballistik raket hücumu nəticəsində 8 nəfər həlak olub, təxminən 20 nəfər yaralanıb. Şənbə günü axşam saatlarında Təl-Əviv ərazisində bir qadının da düşən qəlpə zərbəsindən öldüyü təsdiqlənib. Ən azı 121 nəfərin yaralandığı, onlardan birinin vəziyyəti ağır olduğu bildirilir.

İsrailin "Haaretz" qəzeti bildirib ki, şənbə günü İranın Təl-Əvivdəki hücumları nəticəsində ən azı 40 binaya ziyan dəyib.

ABŞ əsgərləri arasında 3 ölü, 5 yaralı var.

Bazar günü axşam ABŞ Mərkəzi Komandanlığı İranın hücumları nəticəsində üç ABŞ əsgərinin döyüşdə öldüyünü, beşinin isə ağır yaralandığını bildirib.

ABŞ Mərkəzi Komandanlığının açıqlamasında deyilir:

"Digər bir neçə nəfər yüngül qəlpə xəsarətləri və beyin silkələnməsi alıb və xidmətə qaytarılma prosesindədir. Əsas döyüş əməliyyatları davam edir".

Bəhreyndə 4 yaralı, ölən yoxdur:

İran raketləri Bəhreynin Cuffair bölgəsindəki ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahını hədəfə alıb.


Bəhreyn Daxili İşlər Nazirliyi də ölkənin beynəlxalq hava limanının dronla hədəfə alındığını və "insan itkisi olmadan maddi ziyana" səbəb olduğunu təsdiqləyib. Şənbə gecəsi paytaxt Manamada bir neçə yaşayış binası İran dronları tərəfindən vurulub. Dövlət xəstəxanaları qəlpə yaraları alan dörd nəfəri müalicəyə götürüb.

İraqda 2 nəfər həlak olub, 5 nəfər yaralanıb:  

ABŞ və İsrail həmçinin əsasən şiə döyüşçülərindən ibarət Xalq Səfərbərlik Qüvvələrinin və İranın dəstəklədiyi İraq paramilitar qrupu Kataib Hizbullahın yerləşdiyi İraqın cənubundakı Jurf əl-Nasr bazasını da hədəfə alıb.

İraq dövlət mediası və "Kətaib Hizbullah"dakı mənbələr hücumlarda iki döyüşçünün öldüyünü, beşinin isə yaralandığını təsdiqləyiblər.

ABŞ-nin hələ də qoşunlarının olduğu bildirilən Şimali İraqın yarı-muxtar kürd bölgəsində, Ərbildəki ABŞ konsulluğu və beynəlxalq hava limanı yaxınlığında bir neçə güclü partlayış baş verdiyi bildirilib.

Məlumata görə, hava hücumundan müdafiə qüvvələri şənbə günü pilotsuz təyyarələrin hücumlarını ələ keçirib.

İordoniyaya hücum olunsa da, öldürülən və yaralananlar yoxdur.

İordaniya silahlı qüvvələri İordaniya hava məkanına daxil olan 49 dron və ballistik raketi ələ keçirdiyini bildirib. Onların qəlpələri yerli maddi ziyana səbəb olsa da, krallıq daxilində ölüm və ya yaralanma hadisəsi baş verməyib.

Küveytdə ölənlərin sayı 1, yaralananlar isə 32-ə çatıb:

Küveyt Müdafiə Nazirliyi bildirib ki, Əli əl-Salem hava bazasına bir sıra ballistik raketlər atılıb və onların hamısı Küveyt hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Şənbə günü Küveyt Beynəlxalq Hava Limanını hədəf alan pilotsuz təyyarə bir sıra işçilərin yüngül xəsarət almasına və sərnişin binasına məhdud ziyan dəyməsinə səbəb olub. Bazar günü Küveyt Səhiyyə Nazirliyi bir nəfərin öldüyünü, 32 nəfərin yaralandığını bildirib.

Omanda ölənlər olmasa da, yaralananların sayı 5-dir: 

Bazar günü səhər Oman Xəbər Agentliyi təhlükəsizlik mənbəyinə istinadən bildirib ki, iki dron Duqm limanını hədəf alıb və nəticədə bir xarici işçi yaralanıb.

Daha sonra Omanın Dəniz Təhlükəsizliyi Mərkəzi bildirib ki, Palau bayrağı altında üzən neft tankerinə Omanın Musandam qubernatorluğundan təxminən 9 km məsafədə hücum edilib və nəticədə dörd nəfər yaralanıb.

Qətərdə 16 yaralı:

Qətər Daxili İşlər Nazirliyi yaralıların sayının 16 nəfər olduğunu təsdiqləyib. Xəsarətlərin əksəriyyətinin qəlpə və dağıntılar nəticəsində olduğu, bir nəfərin isə ağır yaralandığı bildirilib. Qətər Müdafiə Nazirliyi ABŞ qüvvələrinin yerləşdiyi Əl-Udeyd hərbi bazasının iki ballistik raketlə vurulduğunu, pilotsuz təyyarənin isə erkən xəbərdarlıq radar qurğusunu hədəf aldığını təsdiqləyib.  

Qətər hava hücumundan müdafiə sistemləri regional tərəfdaşlarla koordinasiyalı şəkildə Qətər hava məkanı üzərində təxminən 65 raket və 12 dronu uğurla ələ keçirib.

Qətər Mülki Aviasiya İdarəsi bütün hava naviqasiyasını qeyri-müəyyən müddətə dayandırıb. Qatar Airways bütün uçuşları təxirə salıb və sərnişinlərə yeniləmələrin bazar ertəsi saat 9:00-a (GMT ilə 06:00) qədər təqdim ediləcəyini bildirib.

Bütün məktəblər distant təhsilə keçib və ictimai təhlükəsizliyi təmin etmək üçün Ramazan ayı ilə bağlı ictimai toplantılar növbəti xəbərdarlığa qədər dayandırılıb.

Səudiyyə Ərəbistanıda ölən və yaralanan yoxdur:

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İranın hücumlarının həm paytaxt Ər-Riyadı, həm də əsas neft infrastrukturuna və Kral Əbdüləziz Hava Bazasına ev sahibliyi edən Şərq əyalətini hədəf aldığını təsdiqləyib. Krallıq bazar günü günortadan sonra rəsmi olaraq heç bir itki olmadığını bildirib.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ölənlər 3, yaralananların sayı isə 58-dir:
Bazar günü günortadan sonra BƏƏ-də ən azı üç nəfərin öldüyü, 58 nəfərin isə yaralandığı təsdiqlənib. Əbu-Dabidə Zayed Beynəlxalq Hava Limanı yaxınlığındakı yaşayış məntəqəsinə raket və dronların qalıqlarının düşməsi nəticəsində bir Pakistan vətəndaşı həlak olub, yeddi nəfər yaralanıb.

Müdafiə Nazirliyi paytaxtın yaşayış məhəlləsində Asiya vətəndaşı olduğu müəyyən edilən başqa bir şəxsin qəlpə düşməsi nəticəsində öldüyünü təsdiqləyib.

Bundan əlavə, Dubay Beynəlxalq Hava Limanında dörd hava limanı işçisi xəsarət alıb, Palm Jumeirahda isə binada uçan dağıntılar nəticəsində baş verən yanğın nəticəsində dörd nəfər xəsarət alıb.

Bazar günü günortadan sonra BƏƏ Müdafiə Nazirliyi 165 ballistik raket aşkarladığını, 152-sini məhv etdiyini və iki qanadlı raketi ələ keçirdiyini bildirib.

Kiprdə ölən və yaralanalar yoxdur:

İranın Britaniya hərbi bazalarının yerləşdiyi Kiprin yunan tərəfinə iki raket atdı bildirilib. Britaniya müdafiə naziri Con Heli İranın Britaniya hərbi bazalarının yerləşdiyi Kipr Yunan Administrasiyasına iki raket atdığını, lakin raketlərin Britaniya bazalarını hədəf almadığından əmin olduqlarını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO